Rayonlarda sənaye məhəllələri yaradılacaq
17 fevral 2014 15:35 (UTC +04:00)

Rayonlarda sənaye məhəllələri yaradılacaq

İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. İclasda çıxış edən nazir Şahin Mustafayev bildirib ki, nazirlik tərəfindən infrastruktur layihələrinin icrasına, sosial obyektlərin tikintisinə nəzarət daha da gücləndiriləcək, əhalinin kommunal xidmətlərlə daha keyfiyyətli təminatı tədbirləri davam etdiriləcək.
Sənaye potensialının artırılması tədbirləri həyata keçiriləcək, Sumqayıt və Balaxanı sənaye parklarında işlər sürətləndiriləcək, spesifik xüsusiyyətləri, xammal ehtiyatları nəzərə alınmaqla (xüsusilə metallurgiya, yüngül sənaye və s. sahələrdə) Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkili, şəhər və rayonlarda sənaye məhəllələrinin yaradılması təmin ediləcək.
İri taxılçılıq təsərrüfatlarının yaradılmasına diqqət daha da artırılacaq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünü təminetmə səviyyəsinin yüksəldilməsi üçün fermer təsərrüfatlarının yaradılmasına dəstək tədbirləri gücləndiriləcək, istehlak bazarına nəzarətin səmərəliliyi yüksəldiləcəkdir. Regionlarda və paytaxta yaxın ərazilərdə yeni logistik mərkəzlər yaradılacaq, eləcə də yerli məhsulların ixracının genişləndirilməsi məqsədilə digər ölkələrdə bu cür mərkəzlərin yaradılması imkanları araşdırılacaq, Aktauda logistik mərkəzin təşkili xüsusi diqqətdə saxlanılacaq. Yeni dövriyyəyə buraxılacaq torpaqlar, bu torpaqlarda yetişdirilməsi məqsədəuyğun hesab olunan məhsullarla bağlı müvafiq təhlillər aparılmaqla aidiyyəti dövlət qurumları ilə birlikdə təkliflər hazırlanacaq.


Aparılmış təhlillər və bölgələrdən daxil olmuş təkliflər də nəzərə alınmaqla yeni dövlət proqramının hazırlanmasının ən qısa müddətdə başa çatdırılması barədə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163

Oxşar yazılar