İqtisadi İnkişaf naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti avqustun 29-da Belçikaya səfər edəcək. Bu barədə Lent.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı nümayəndə heyəti Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat məsələləri üzrə komissarı Slim Kallas və Avropa qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer ilə görüşəcək. Görüşlərdə Azərbaycanla Avropa İttifaqı və Avropa İnvestisiya Bankı arasında əlaqələr və birgə layihələrə dair müzakirələr aparılacaq.