

Azərbaycanda yeni buraxılan gümüş 5 manatlıq neçəyədir? - ŞOK QİYMƏT
5 manatlıq metal pullar vətəndaşlar tərəfindən əsasən, suvenir kimi alınır.
Söhbət Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə tədavülə buraxılan 5 manatlıq metal puldan gedir. Sözügedən pul çıxarılandan insanları düşündürən məsələ həmin pullardan alış-verişdə istifadə edilib-edilməyəcəyidir. Bundan əlavə, onu neçəyə və haradan əldə etmək olar kimi suallar da yaranır ki, bu barədə Lent.az-ın suallarına Mərkəzi Bankdan cavab gəlib.

Bankdan yubiley məqsədli çıxarılan 5 manatlıqların əsasən, suvenir kimi vətəndaşlar tərəfindən alındığı bildirilib. Qeyd olunur ki, 31 qramdan artıq çəkisi olan gümüş 5 manatlıqları almaq istəyənlər Mərkəzi Bankın saytında Elektron Müraciətlər Xidmətinə daxil olaraq (https://contact.e-cbar.az/) əldə edə bilərlər. Respublika ərazisində nominal dəyəri 5 manat olan gümüş pulları əldə etmək istəyənlər 170 manat 25 qəpik ödəməlidir. BDU-nun yubiley pullarından ölkə ərazisində alış-veriş də etmək olar. Ancaq 170 manata alınmasına rəğmən alış-veriş zamanı həmin pulun dəyəri 5 manat təşkil edir. Vətəndaşlar həmin gümüş pulları əsasən suvenir kimi və ya kiməsə hədiyyə vermək məqsədilə alırlar. Bankdan bildirildi ki, BDU-nun yubileyi məqsədilə 500 ədəd gümüş pul çıxarılıb. Hazırda onların satışı davam edir.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28