Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib -FOTO
27 sentyabr 2022 16:28 (UTC +04:00)

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib -FOTO

Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Heç kimə bənzəmədən ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı şəhidlər. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. 

Lent.az xəbər verir ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edib, büstü qarşısına gül dəstələri qoyub. Muzeydə yaradılan şəraitlə tanış olan Birlik rəhbəri şəhidin atası ilə görüşüb.
 "Mübariz üçün Vətən hər şeydən üstün, qiymətli və hər şeydən uca idi. Onun Vətənə olan sevgisi, qəhrəmanlıq salnaməsi bütün gənclərə örnək olmalıdır. Bu cür milli ruhda övlad tərbiyyə etdiyiniz, böyütdüyünüz üçün sizə təşəkkür edirəm.", - deyə baş direktor bildirib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ruslan Əliyev Milli Qəhrəmanın ev muzeyində istifadə üçün televizor hədiyyə edərək şəhidin vaxtı ilə yaşadığı fərdi yaşayış evində olub.

Görüş zamanı Mübariz İbrahimovun valideynlərinin qayğıları ilə maraqlanan baş direktor, şəhid ailələrinin xidmətində durmağın hər bir kəsin mənəvi borcu olduğunu qeyd edib.

# 1386
avatar

Oxşar yazılar

Doğma çay “Azerçay”la “Soyuq əllər, isti ürəklər” ®  -  VİDEO

Doğma çay “Azerçay”la “Soyuq əllər, isti ürəklər” ® - VİDEO

9 dekabr 2022 , 16:15
"Azercell" azad olunmuş ərazilərdə 90-dan çox baza stansiyası quraşdırdı®

"Azercell" azad olunmuş ərazilərdə 90-dan çox baza stansiyası quraşdırdı®

9 dekabr 2022 , 14:25
® Kapital Bank Naxçıvandakı sahibkarlara dəstək göstərib

®Kapital Bank Naxçıvandakı sahibkarlara dəstək göstərib

9 dekabr 2022 , 11:51
"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®

"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®

8 dekabr 2022 , 16:05
Dünyanın  ən zəngin   5 ailəsi

Dünyanın ən zəngin 5 ailəsi

8 dekabr 2022 , 12:41
® Unibank biznes sahibləri üçün qış kampaniyası keçirir

®Unibank biznes sahibləri üçün qış kampaniyası keçirir

8 dekabr 2022 , 11:55
® Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

®Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

8 dekabr 2022 , 10:42
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan®

ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan®

7 dekabr 2022 , 12:42