“Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib®
30 noyabr 2022 14:42 (UTC +04:00)

“Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib®

27-28 noyabr tarixlərində AmCham Azərbaycan və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Effektiv korporativ sosial təsir strategiyasının biznesə faydaları” mövzusunda tədbir keçirilib. Məqsəd qurumların KSM strategiyalarını daha da təkmilləşdirməsi üçün stimul yaratmaq, özəl və dövlət sektorları arasında əməkdaşlıq əlaqələrini gücləndirmək olub. Tədbir zamanı ölkədə həyata keçirilən mühüm sosial əhəmiyyətli layihələr müzakirə olunub, sonda iştirakçılara bu istiqamətdə fəaliyyətlərini inkişaf etdirmək üçün fərdi strategiyaların yaradılmasına dəstək verilib.

Tədbirdə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov, şirkətin uzun illərdir insanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş sosial layihələri, eyni zamanda KSM strategiyasının əsas istiqamətləri haqqında geniş məlumat verib. Mobil operatorun dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan BMT Qlobal Sazişinin bir iştirakçısı olduğu, hazırlanan layihələrin dayanıqlı inkişaf məqsədlərinə xidmət etdiyi vurğulanıb. “Nar” şəffaflıq məqsədilə artıq 3 ildir ki, bu istiqamətdə görülən işlərin məcmusu olan Dayanıqlı İnkişaf hesabatını ictimaiyyətə təqdim edir. “Nar”ın sosial fəaliyyəti ilə bağlı daha ətraflı məlumat üçün bura daxil ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

# 522
avatar

Oxşar yazılar

Bir gündə  12,5 milyard   qazandı

Bir gündə 12,5 milyard qazandı

3 fevral 2023 , 17:48
“Azəriqaz”a müraciətlərin sayı AÇIQLADI  - FOTO

“Azəriqaz”a müraciətlərin sayı AÇIQLADI - FOTO

3 fevral 2023 , 15:44
"Final çay iç, Finalda Qazan" lotereyasının 3-cü tirajının qalibinə avtomobil təqdim olundu

"Final çay iç, Finalda Qazan" lotereyasının 3-cü tirajının qalibinə avtomobil təqdim olundu

3 fevral 2023 , 13:21
"Kapital Bank"ın daxili ipotekası daha sərfəli oldu!

"Kapital Bank"ın daxili ipotekası daha sərfəli oldu!

3 fevral 2023 , 11:41
Xaçmaz sakinlərindən “Azəriqaz”a MÜRACİƏT - VİDEO

Xaçmaz sakinlərindən “Azəriqaz”a MÜRACİƏT - VİDEO

2 fevral 2023 , 21:44
Əhmədbəyli-Füzuli-Şuşa yolundan  YENİ GÖRÜNTÜLƏR

Əhmədbəyli-Füzuli-Şuşa yolundan YENİ GÖRÜNTÜLƏR

2 fevral 2023 , 17:50
Azərbaycanın enerji siyasətinin Avropa üçün artan əhəmiyyəti

Azərbaycanın enerji siyasətinin Avropa üçün artan əhəmiyyəti

2 fevral 2023 , 17:15
Şəhər və rayonlararası marşrutların  YENİ TARİFLƏRİ

Şəhər və rayonlararası marşrutların YENİ TARİFLƏRİ

2 fevral 2023 , 15:27