Milyonçu səhvi ucbatından  evsiz qaldı
23 aprel 2024 18:26 (UTC +04:00)

Milyonçu səhvi ucbatından evsiz qaldı

Hər ildə bir milyon dollar qazana biləcəyini göstərmək üçün evsiz qalmağa və könüllü olaraq müflis olmağa qərar verən şəxs səhhətinin sürətlə pisləşməsi səbəbindən təcrübəsinə son qoyub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Mayk Blek adlı bir milyonçu hər kəsin cəmi 12 ayda bir milyon dollar qazana biləcəyini sübut etməyə çalışıb. Lakin o, 10 aydan sonra cəmi 64.000 dollar qazanaraq, onun üçün əsas olanın sağlamlıq və ailə olduğunu izah edərək, təcrübəsini vaxtından əvvəl bitirib.

Mayk, "xroniki yorğunluq" və oynaq ağrısına səbəb olan iki otoimmün xəstəliklə mübarizə apardığını deyib. İndi o, müalicəyə və sağlamlığının qeydinə diqqət yetirir. Özünü "sahibkar" adlandıran Mayk əvvəlcə evindən, avtomobilindən və dolanışığından əl çəkərək küçə həyatına qaçmağa çalışıb.

O, su çatışmazlığı, gecələmək üçün yer tapmaq kimi çətinliklərlə üzləşib. Lakin onun bəxti mikroavtobusu olan bir adamın ona sığınacaq təklif etməsi ilə gəlib. Mayk onlayn mebel sataraq ilk 300 dollarını qazana bilib.

"Mən bir çox insanın pandemiya zamanı hər şeyini itirdiyini və depressiyaya düşdüyünü görmüşəm. Hətta bir gecədə 10 milyon dollarlıq biznesini itirən bir dostum var idi", - o deyib. 

Mayk öz layihəsini "Milyon Dollar Comeback Challenge" adlandııb və bunun yeni bir iş yaratmaq, onu bir milyon dollar dəyərində böyüdə biləcəyinə inanırdı. Lakin onun planı baş tutmadı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3942
avatar

Sevinc Fərid

Oxşar yazılar