“Gənclər bacarır!” "Azercell"in dəstəyi ilə davam edir
15 aprel 2024 13:07 (UTC +04:00)

“Gənclər bacarır!” "Azercell"in dəstəyi ilə davam edir

Lider mobil operatorun əməkdaşları SOS Uşaq Kəndinin sakinləri ilə bilik və təcrübələrini bölüşüb

Həssas qrup gənclərin bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunan “Gənclər bacarır!” layihəsinin növbəti mərhələsinə 15-23 yaş aralığında 20 iştirakçı qoşulub. Proqramda Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşı Günay Quliyeva tərəfindən effektiv ünsiyyət, karyera planlaması, CV tərtibatı, müsahibəyə hazırlıq ilə bağlı təlim sessiyası keçirilib. Həmçinin layihənin “Youthlinks” platforması üçün müsahibəyə hazırlıq və özünü təqdimetmə bacarıqları haqqında maarifləndirici videolar da çəkilib.

“Gənclər bacarır!” layihəsi çərçivəsində “İdeyadan biznesə” mövzusunda təlim də baş tutub. Azercell-in Korporativ Ünsiyyət departamentinin əməkdaşı İradə Məmmədovanın apardığı təlimdə gənclər sahibkarlıq, biznes ideya, dünya bazarı kimi mövzularda geniş məlumatlar əldə ediblər.

“Youthlinks” haqqında məlumatla əlavədən tanış ola bilərsiniz:

YouthLinks Community (sos-youthlinks.com)

Qeyd edək ki, Azercell-in dəstəklədiyi “Gənclər bacarır!” layihəsi "SOS Uşaq Kəndləri”nin gənc sakinlərinin təhsili, peşəkar inkişafı və iş həyatına hazırlanması məqsədi daşıyır. Lider mobil operator xüsusi qayğıya ehtiyacı olan və həssas qrupa aid şəxslərin sağlamlıq və hüquqlarının qorunması, cəmiyyətə inteqrasiya olunması, keyfiyyətli təhsil ala bilməsi istiqamətində layihələrini davam etdirir.

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir

 

# 1704
avatar

Oxşar yazılar