"Azəriqaz"ın media ilə görüşü bu tarixdə OLACAQ
30 mart 2023 16:39 (UTC +04:00)

"Azəriqaz"ın media ilə görüşü bu tarixdə OLACAQ

SOCAR "Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək.

Lent.az xəbər verir ki, “Azəriqaz”ın inzibati binasında növbəti “Açıq qapı” aksiyası martın 31-i saat 11:00-da başlayacaq.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Fidan İlqar

Oxşar yazılar