“Azəriqaz"da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
07 iyul 2022 14:00 (UTC +04:00)

“Azəriqaz"da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

“Azəriqaz" İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq.

Lent.az xəbər verir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 8 iyul saat 11:00-da başlayacaq. 

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Həm cari ilin 6 ayı, həm də iyun ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

# 1386
avatar

Oxşar yazılar