“Al Market”ə Fəxri Diplom verildi®
12 may 2022 17:36 (UTC +04:00)

“Al Market”ə Fəxri Diplom verildi®

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mükafatlandırılma mərasimində "Azərsun Holdinq" Şirkətlər qrupu "Al Market"
MMC-nin kollektivinə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması” üzrə
ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə 2021-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə fəxri diplom verilib.

Qeyd edək ki, bu gün ölkənin dörd bir bölgəsində fəaliyyət göstərən “Al Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

# 924
avatar

Oxşar yazılar