Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq
10 may 2022 19:20 (UTC +04:00)

Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq. 
 

# 831
avatar

Oxşar yazılar