Kağız dollar sürətlə azalır
07 iyul 2011 12:39 (UTC +04:00)

Kağız dollar sürətlə azalır

Lent.az-ın “New York Post” qəzetinə istinadən verdiyi məlumata görə, 2010-cu ildə 5 dollarlıq əsginaslar son 30 ildə ən minimal həddə dövriyyəyə buraxılıb, 10 dollarlıq əsginaslar isə ümumiyyətlə buraxılmayıb.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, alqı-satqı əməliyyatları əsasən bank kartları vasitəsi ilə həyata keçirilir. Məsələn, keçən il taksi xidmətlərindən istifadə edən müştərilərin 36 faizi plastik kartlarla ödəmə həyata keçirib. Bəzi restoranlarda isə artıq yazılıb ki, nağd pul qəbul etmirlər. Bununla belə, “Aite Group” analitik şirkətinin mütəxəssisi Ron Şevlin hesab edir ki, amerikalıların əksəriyyəti nağd pula vərdiş edib və hələ 2 əsr nağd puldan istifadə ənənəsi qalacaq.
# 547

Oxşar yazılar