Xarici ölkələrdə Azərbaycan Ticarət Evləri açılacaq
06 iyul 2011 11:56 (UTC +04:00)

Xarici ölkələrdə Azərbaycan Ticarət Evləri açılacaq

Lent.az-ın məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. O deyib ki, xarici ölkələrdə yaradılacaq Azərbaycan Ticarət Evlərində ölkəmizin məhsulları nümayiş olunacaq, eyni zamanda həmin məhsulların satışı həyata keçiriləcək.

Ş.Mustafayev qeyd edib ki, hazırda xarici ölkələrdə Azərbaycanlı iş adamlarının birliyinin yaradılması prosesi gedir. Artıq belə bir birlik Gürcüstanda yaradılıb. Nazir onu da bildirib ki, Azərbaycan hazırda 147 ölkə ilə iqtisadi əlaqələrə malikdir və ölkəmizin ixrac potensialı getdikcə artır.

Ramiz Mikayıloğlu
# 645

Oxşar yazılar