AGClub-un sıralarına yeni üzvlər daxil oldu
05 iyul 2011 12:01 (UTC +04:00)

AGClub-un sıralarına yeni üzvlər daxil oldu

Vahid endirim sistemi olan, ümumi endirim kartı prinsipi əsasında birləşdirilmiş ticarət-servis müəssisələrinin şəbəkəsini təmsil edən AGClub-a yeni üzvlər qoşuldu.


Müasir texnologiya, peşəkar həkim heyəti və gülərüzlü personalı ilə xidmətinizdə olan Şərq-Qərb Təbabəti Tibb Mərkəzində, AGClub üzvlərinə artıq 10% güzəşt tətbiq olunacaq! Avropa və ABŞ istehsalı olan müasir kompüter-analizatorlarla təchiz olunmuş klinikada, Siz müayinə-diaqnostika və müalicə-profilaktika xidmətlərini almaqla pulunuza da qənaət etmiş olacaqsınız! Şərq-Qərb Təbabəti klinikası “Vorovski” dairəsi ilə Azadlıq metro stansiyası arasında, Azadlıq pr. 187 ünvanında yerləşir. Tel: 563 58 58; 563 38 38.


"Aznur" şirkəti isə 2007-ci ildən avtomobillərin icarəyə verilməsi üzrə xidmət göstərir və hal-hazırda bu sahəni müvəffəqiyyətlə inkişaf etdirməkdədir. "Aznur" şirkəti öz xidmətlərini ölkəmizin vətəndaşlarına və xarici qonaqlara məmnuniyyətlə təklif edir. “Aznur” şirkətinin parkında olan avtomobillər daim təzələnir. Yüksək peşəkarlığa malik sürücü heyəti ilə, korporativ müştərilərə də öz xidmətlərini təklif edən “Aznur” şirkətinin bütün avtomobilləri yol-nəqliyyat hadisəsi üçün tam sığorta paketinə malikdir. “Aznur” şirkəti, AGClub üzvlərinə 15% endirim təqdim edir. Ünvan: N.Nərimanov küç., 205. Telefon: 492 13 13. Qaynar xətt – 129.


AGClub endirim sistemi 1 iyun 2004-cü il tarixindən etibarən fəaliyyət göstərir və hal-hazırda Bakı, Sumqayıt və Gəncə şəhərləri ərazisində 370 obyekti özündə birləşdirərək klub üzvlərinə 30% qədər endirimlər təqdim edir. AGClub kartı tamamilə pulsuzdur! Bu unikal kartı əldə etmək üçün, AGBank-ın 12 kart paketindən birini əldə etmək kifayətdir.
# 556

Oxşar yazılar