Nar Mobile Bakı sakinlərinə növbəti “Nar Dünyası” satış və xidmət mərkəzini təqdim etdi - FOTO
04 iyul 2011 18:43 (UTC +04:00)

Nar Mobile Bakı sakinlərinə növbəti “Nar Dünyası” satış və xidmət mərkəzini təqdim etdi - FOTO

Lent.az xəbər verir ki, yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. “Nar Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı, “Nar Dünyası” satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular, 3,6 mbp/s yüksək sürətli mobil internet bağlantısından canlı istifadə etdilər.

Hazırda Bakı şəhərində Nar Mobile tərəfindən təqdim edilən 11 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdən isə Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz və Səlyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.
# 623

Oxşar yazılar