Mənşəyi məlum olmayan qatqılardan istifadə edən sahibkar cərimələndi
Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, ev 7 ünvanında Məhərrəm Nəsibova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı sərinləşdirici içkilərin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilməsi, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, məhsulların etiketində istehsal tarixi kimi məhsulun faktiki istehsal tarixindən sonrakı tarixlərin qeyd olunması, habelə məhsulların istehsalında mənşəyi məlum olmayan qatqılardan, qablaşdırılmasında isə mənşəyi məlum olmayan polietilen butulkalardan istifadə olunması səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Lentaz-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb.
“Haqsız rəqabət haqqında”qanunun tələblərini pozduğuna görə sahibkar Məhərrəm Nəsibova 604 manat maliyyə sanksiyası tətbiq edilib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28