“London taksi”lərində qiymətlər düşüb
Bir qədər əvvəl Bakı şəhərində «London taksi»ləri ilə taksi xidmətinə başlayan «Bakı Taksi» MMC bu avtomobillərdə gediş haqqını aşağı salıb.
Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, əhalinin çoxsaylı müraciətini nəzərə alaraq, Bakıda istismar olunan yeni taksilərdə 1 km məsafə üçün gediş tarifləri aşağı salınıb. Qiymətlərdə əsas dəyişiklik 10 km-dən sonra başlayır. Nəticədə, hazırda 10 km məsafəyə kimi 1 km üçün gediş tarifi 70 qəpik, 10-20 km məsafədə hər 1 km üçün 40 qəpik, 20 km-dən artıq məsafənin 1 km-i üçün isə 20 qəpik müəyyənləşdirilib.
«Bu qiymətlərlə müştərilərə həm yaxın, həm də uzaq məsafələrə bu taksilərdən istifadə etmək daha sərfəli olacaq», - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, hətta qiymət endirimindən sonra yeni taksilərlə respublikanın digər şəhər və rayonlarına getmək mümkün olmayacaq. Şirkətin rəhbəri Rauf Orucov «APA-ECONOMICS»ə açıqlamasında bildirib ki, bu avtomobillər yalnız Bakı hüdudlarında xidmət göstərmək üçün nəzərdə tutulub.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28