AGBank-ın “Uduşlu Kupon” kampaniyasının iyunda 4 qalibi olub
01 iyul 2011 13:09 (UTC +04:00)

AGBank-ın “Uduşlu Kupon” kampaniyasının iyunda 4 qalibi olub

Bunlar Əzimov Vaqif, Nağıyev Rəşad, Həsən-zadə Aygül və Paşayeva Mehribandır. Lent.az xəbər verir ki, AGBank-ın müştərisi olan hər dörd qalib 200 AZN-lik Uduşlu Kupon qazanıb. Bu barədə AGBank-ın mətbuat xidməti xəbər yayıb. Belə ki, Əzimov Vaqif, Nağıyev Rəşad və Həsən-zadə Aygül maaşlarını almaq üçün AGBank-ın Magellan kartının istifadəçisi olan Paşayeva Mehriban isə pul çəkmək üçün AGBank-ın bankomatlarından istifadə ediblər və bu uduşu əldə ediblər.


AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank-ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.
# 555

Oxşar yazılar