İstehlak bazarında əmtəə dövriyyəsi artıb
Bu ilin 10 ayında haqqında pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövründəkindən 8,7 faiz çox olub
2009-cu ilin yanvar-oktyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 8,7 faiz üstələyib. Belə ki, ötən 10 ayda Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,5 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, dövriyyənin 15,5 faizi hüquqi şəxslərin, 42,0 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 42,5 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb. Ticarət şəbəkələrindən əhaliyə 6,2 milyard manatlıq ərzaq, 3,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2008-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə onların satışı uyğun olaraq 10,6 və 4,3 faiz artıb.
Ötən 10 ay ərzində əhaliyə 3,2 milyard manatlıq və ya 12,6 faiz çox pullu xidmətlər göstərilib. Xidmətlərin 28,1 faizi dövlət, 71,9 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus xidmət şəbəkələri vasitəsi ilə həyata keçirilib. Pullu xidmətlərin ümumi həcminin 80,0 faizi hüquqi, 20,0 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 12,9 və 11,3 faiz çox pullu xidmətlər göstərilib.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanın 5 milyondan çox xarici borcu var
18 aprel 2025 , 17:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
18 aprel 2025 , 09:53
"Azercell"in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi -VİDEO
17 aprel 2025 , 17:06
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başladı
17 aprel 2025 , 12:08
Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
17 aprel 2025 , 10:35
ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi!
16 aprel 2025 , 17:54
Kapital Bank 6 nominasiyada mükafatlandırıldı
16 aprel 2025 , 16:50