Bakıdan Dubaya sərnişinlər ayaqlarını uzadıb uçacaqlar
05 noyabr 2009 14:00 (UTC +04:00)

Bakıdan Dubaya sərnişinlər ayaqlarını uzadıb uçacaqlar

“flydubai” şirkəti ilk dəfə postsovet məkanında
Dubayın qənaətcil qiymətlər təklif edən ilk şirkəti olan “flydubai” əhatə dairəsini genişləndirir və noyabrın 20-dən etibarən Azərbaycanın paytaxtı Bakıya uçuşlar təşkil edəcək.

Şirkətdən Lent.az-a verilən məlumata görə, “F Z705” saylı reyslə uçan təyyarə Dubayı saat 19.35 radələrində tərk edəcək və Bakıya yerli vaxtla saat 22.30-da enəcək. Uçuş ümumilikdə 2 saat 55 dəqiqə davam edəcək. Bakıdan cavab uçuşu da elə həmin gün Bakı vaxtı ilə saat 23.30 da olacaq və F Z706 reysi ilə geriyə qayıdacaq təyyarə növbəti gün yerli vaxtla saat 02.20-də Dubaya enəcək.

“flydubai” şirkətinin Prezidenti Qeyt Əl Qeytin sözlərinə görə, Azərbaycanın paytaxtı olan Bakı “flydubai” şəbəkəsinə yeni ölçülər verir: “Bakı sürətlə biznes və turizm mərkəzinə çevrildiyi üçün böyük imkanlar vəd edir. Bakı həm də 2000-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına düşmüş İçəri Şəhər kimi unikal turist attraksionuna sahibdir. Azərbaycan sürətlə inkişaf edir və Bakı həddindən artıq kosmopolit sayılan 3 milyonluq əhali ilə inkişaf edən şəhər reputasiyasına malikdir. “flydubai” şirkəti Yaxın Şərgin mirvarisi Dubay ilə vacib regional mərkəzlərdən biri hesab olunan Bakını birləşdirəcək”.

O qeyd edib ki, “flydubai” şirkətinin modeli sadədir, müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Bakıdan Dubaya bir istiqamətdə uçuşun qiyməti 165 ABŞ dolları dəyərindədir və buraya bütün vergilər, habelə, 10 kiloya qədər çəkisi olan əl çantası da daxildir. Biletləri “flydubai” şirkətinin İnternet səhifəsindən (www.flydubai.com), telefon xidməti mərkəzindən ((+994) 12 598 0 598) yaxud turizm agentliklərindən almaq olar.
Sərnişinlər cəmi 11 ABŞ dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantaya görə isə sərnişinlər 28 ABŞ dolları ödəməklə qeydiyyatdan keçirə bilərlər.
Nominal olaraq, əlavə 1 ABŞ dolları 50 sent ödəməklə sərnişinlər öz yerlərini seçə bilərlər və cəmi 14 ABŞ dolları ödəməklə sərnişinlər ayaqlar üçün daha geniş sahəsi olan yerləri ala bilərlər. Sifariş olunmuş biletlər təbii ki, biletlər arasındakı fərqləri nəzərə almaqla kiçik bir məbləğə dəyişdirilə bilər. Yemək və içki də təyyarənin göyərtəsində alına bilər.
Qeyd edək ki, ilkin kapitalı 68 milyon ABŞ dolları olan və 2008-ci ilin martında fəaliyyətə başlayan “flydubai” Dubayın qənaətcil qiymətlərlə uçan ilk hava yollarıdır. Dubay hökumətinə məxsus olan hava yolları bütün sərnişinlərə xidmət göstərmək və onların müxtəlif yerlərə çatması üçün şərait yaratmaqla şəhərin kommersiya və turizm sektorlarını dəstəkləyəcək.
“flydubai” şirkəti ilə uçan sərnişinlər heç bir məbləğ ödəmədən 1 ədəd əl çantasını (çəkisi 10 kiloya qədər olan və ölçüləri 56 sm X 45 sm X 25 sm-dən çox olmayan) göyərtəyə götürə bilərlər. Əgər əl çantası göstərilən tələblərə uyğun gəlmirsə o zaman çanta 41 dollar müqabilində təyyarənin yük yerinə qoyulacaq. Qeydiyyatdan keçiriləcək hər bir yük çantası 32 kilodan çox, onun ölçüləri isə 90 sm X 75 sm X 43 sm-dən çox olmamalıdır. Əgər sərnişinlər əlavə olaraq daha bir yük çantası üçün yer almaq istəyirlərsə, o zaman bu yerin olub-olmamasından asılı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563

Oxşar yazılar