Tikinti sektoruna 4,3 milyard manat investisiya
2009-cu ilin 9 ayı ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 5,2 milyard manat investisiya yönəldilib. Bunun 71,6 faizi və ya 3,7 milyard manatı tikinti-quraşdırma işlərinə sərf olunub.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, əsas kapitala yönəldilmiş vəsaitin 82,4 faizi və ya 4,3 milyard manatı daxili investisiyaların payına düşür. İlin əvvəlindən bəri Bakıda Beynəlxalq Avtovağzal Kompleksi, Azərbaycan Tennis Akademiyası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Gədəbəy rayonunda Qızıl-mis emalı, Hacıqabulda kərpic zavodları, Qubada modul tipli “Şahdağ” Elektrik stansiyası, Bərdədə Avtovağzal binası, Naxçıvan şəhərində Avtovağzal kompleksi, “Gəmiqaya” mineral sular və Asfalt-Beton zavodları, Unlu qənnadı məmulatlar istehsalı sexi, Naxçıvan şəhərində və Şərur rayonunda soyuducu anbarlar, Şərurda istixana kompleksi, Şəmkir və Şərur rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Quba və Bərdədə Müalicə-Diaqnostika Mərkəzləri, Hacıqabulda Uşaq Tibb, Naxçıvan şəhərində Doğum və Şahmat Mərkəzləri istifadəyə verilib.
Bundan başqa, ölkənin müxtəlif bölgələrində 29,2 min nömrəlik avtomat telefon stansiyaları, ümumi sahəsi 837,5 min kvadratmetr olan yeni yaşayış evləri, 7978 şagird yerlik ümumtəhsil məktəbləri, 175 çarpayılıq xəstəxana, növbədə 240 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub da bu ilin 9 ayında istifadəyə verilmiş obyektlər sırasındadır. Komitədə deyirlər ki, 9 ayda tikinti sahəsində əsas kapitala yönəldilmiş sərmayənin 48,2 faizini müəssisə və təşkilatların vəsaitləri, 36,5 faizini büdcədən ayırmalar, 3,7 faizini əhalinin xüsusi vəsaiti, 11,6 faizini digər vəsaitlər təşkil edib.
Elxan SALAHOV

912