Metropolitenin büdcədəki payı azaldılacaq
Gələn il Bakı Metropolitenə ayrılacaq vəsaitlərin həcmi indikindən 3 dəfə az olacaq
2010-cu ilin dövlət büdcəsindən Bakı Metropoliteninə subsidiya şəklində ayrılan vəsaitlər 2009-cu ilin proqnozundan 3,6 dəfə, gözlənilən icrasından isə 3 dəfə azdır. Belə ki, hazırda Milli Məclisə təqdim olunmuş büdcə layihəsində gələn il üçün Bakı Metropoliteninə 9,1 milyon manat məbləğində subsidiyanın ayrılması nəzərdə tutulur.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, 2010-cu il üçün metropolitenə ayrılacaq subsidiyanın məbləği 2009-cu ilin gözlənilən icrası ilə müqayisədə 17,74 milyon manat azaldılıb. Halbuki 2009-cu ilin proqnozunda bu quruma 33,1 milyon manat subsidiya nəzərdə tutulmuşdu.
Bununla belə, ilin sonuna bir neçə ay qalmış bu il üçün Bakı Metropoliteninə ayrılmış subsidiyaları ixtisar edilərək 26,84 milyon manatadək azaldıb. Bunun kompensasiya etmək üçün Tarif Şurasının qərarı ilə oktyabrın 1-dən metroda gedişhaqqı 3 dəfə artırılaraq 5 qəpikdən 15 qəpiyə qaldırıldı. Proqnoza görə, artım nəticəsində Bakı Metropoliteninin hesabına ildə əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir.
Xatırladaq ki, Bakı Metropolitenində gediş haqlarının ucuz olması səbəbindən hər dövlət büdcəsindən ayrılan subsidiyanın həcmi artırılırdı. Belə ki, 2007-ci ildə metropolitenə 14,21 milyon, 2008-ci ildə 19,1 milyon manat ayrılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanın 5 milyondan çox xarici borcu var
18 aprel 2025 , 17:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
18 aprel 2025 , 09:53
"Azercell"in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi -VİDEO
17 aprel 2025 , 17:06
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başladı
17 aprel 2025 , 12:08
Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
17 aprel 2025 , 10:35
ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi!
16 aprel 2025 , 17:54
Kapital Bank 6 nominasiyada mükafatlandırıldı
16 aprel 2025 , 16:50