“Google”a şok cəza!
Türkiyəyə 71 milyon lirə vergi təzminatı ödəməlidir
İstanbul Vergi Departamenti internet axtarış saytı olan ‘Google” ilə bağlı apardığı araşdırmanı tamamlayıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aparılan araşdırmanın nəticəsi olaraq “Google”nin 71 milyon türk lirəsi məbləğində vergi təzminatı ödəməsi barədə qərar çıxarılıb.
Araşdırmalar zamanı məlum olub ki, “Google”nin İrlandiyada qeydə alınan törəmə şirkəti Türkiyədəki biznes qurumlarından, şirkətlərdən reklam və elanlarını alınmasını, saytda yerləşdirilməsini “Google”nin Türkiyədə rəsmi təmsilçisi olan ‘Google Reklam və Satış Ltd” şirkətinin vasitəsiylə həyata keçirib. Ancaq ‘Google”nin Irlandiyada qeydə alınan törəmə şirkəti bu elan və reklamları guya “Google Reklam və Satış Ltd” şirkətinin deyil, məhz özünün aldığı görüntüsünü yaradıb və reklam, elan üçün ödənilən vəsait xaricdəki hesaba köçürülüb. Bu zaman Türkiyə dövləti vergi məsələsində ziyana düşüb.
“Google” bu səbəbdən Türkiyəyə 71 milyon lirə vergi təzminatı ödəməlidir.

Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44