Bakı Metropulitəni - ARAYIŞ
08 oktyabr 2009 14:30 (UTC +04:00)

Bakı Metropulitəni - ARAYIŞ

Son 5 ildə Bakı Metropoliteninə büdcədən 82,7 milyon manat subsidiya, 297 milyon manat investisiya xərcləri ayrılıb

“Bakı metprosunda gedişhaqqının qaldırılması hələləik gündəmdə deyil. Bu məsələ birbaşa prezidentin və hökumətin səlahiyyətinə aid olan işdir. Prezident nə vaxt məsləhət bilsə, qiymətlər o vaxt qaldırılacaq”.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov iyulun 3-də keçirdiyi mətbuat konfransında belə demişdi. Aradan cəmi 2 ay keçdi, Tarif Şurası bir qərarla metroda gedişhaqqının 3 dəfədək artırdı. Deməli, bu məsələ gündəlikdəymiş, sadəcə, Tağı Əhmədov nədənsə, həqiqəti söyləməyi lazım bilməyib. Şura isə qiymət artımı ilə baglı yaydığı məlumatda qərarın Bakı Metropoliteninin sərnişindaşıma xidmətinin müraciəti əsasında qəbul edildiyi bildirilir.

Lent.az Bakı Metropolitenin il ərzində nə qədər vəsait xərclədiyinə dair kiçik araşdırma aparıb. Büdcə sənədlərini araşdırdıqda məlum olur ki, təkcə ötən il ənənəvi büdcə dürüstləşdirilməsinədək mövcud metrostansiyaların təmiri və yenidən qurulması, yeni stansiyaların tikintisi məqsədilə dövlət büdcəsindən 80 milyon 500 min manat vəsait ayrılıb. Ustəlik Bakı Metropoliteni dövlətdən subsidiya da alır. İndikədək ən böyük məbləğli subsidiya bu il olub – 33,1 milyon manat.

Cənab Əhmədovun rəhbərlik etdiyi müəssisənin büdcədən il ərzində xərclədiyi vəsaitlərin həcmi daha yüksəkdir. Təkcə bu il Bakı Metropolitenin investisiya layihələrinin reallaşdırılmasına dövlət büdcəsindən 107 milyon 250 min manat ayrılıb. Ötən il isə bu vəsait daha yüksək olub – 124 milyon 800 milyon manat. Bundan başqa, 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı”nın hazırlanması işlərinə 2 milyon manat vəsait ayrılıb.

Bütövlükdə son 5 ildə Bakı Metropoliteninə investisiya xərcləri üçün büdcədən 297 milyon manat ayrılıb. Dövlətin bu müəssisəyə davamlı olaraq ayırdığı subsidiyaları da nəzərə alsaq, son 5 ildə Bakı Metropoliteninin büdcədən xərclədiyi vəsaitin həcminin 380 milyon manata yaxın olduğunu görərik:

Bakı Metropoliteninə büdcə payı (min manatla)

İllər

2005

2006

2007

2008

2009

İnvestisiya

1 970,0

14 444,2

48 752,0

124 800,0

107 250,0

Subsidiya şəklində

7 000,0

9 500,0

14 200,0

18 900,0

33 100,0



Bundan başqa, Bakı Metropoliteni reklam xidmətlərindən də xeyli pul qazanır. Tağı Əhmədov YAP qərargahında kecirdiyi mətbuat konfransında təkcə stansiyaların giriş-çıxışındakı ticarətdən ayda 60 min manat qazandıqlarını söyləmişdi. Ardınca qeyd etmişdi ki, bu gün Bakı Metropoliteni təkcə elektik enerjisinə ayda 500 min manat ödəyir.

Tarif Şurası sentyavrın 30-da qəbul etdiyi qərarın şərh hissəsində deyilir ki, il ərzində metrodan 200 milyona yaxın insanın istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninə il ərzində əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Lakin bu da Bakı Metropoliteninin cari xərclərini tam ödəməyəcək və dövlət büdcəsindən həm cari xərclər üçün, həm də əsaslı kapital qoyuluşları üçün əlavə vəsaitə ehtiyac yaranacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar