"Liverpul"da ayrılıq yaşana bilər.
Lent.az xəbər verir ki, Federiko Kyeza komandanı tərk etməyə yaxındır.
Onun xidmətində "Fənərbaxça" maraqlıdır.
Türkiyə təmsilçisi artıq danışıqlar prosesinə start vermək niyyətindədir. Mersisayd klubunda heyətə düşə bilməyən hücumçu da komandanı tərk etməyi planlaşdırır.
Qeyd edək ki, Kyeza "Liverpul"a mövsümün əvvəlində qoşulub.