Üçölçülü təsviri işıqlandıran televizor!
Ev şəraitində üçölçülü təsvirə baxmaq imkanı təqdim edən xüsusi eynəklər də hazırlanıb
“Panasonic” şirkəti 3D-kontentin yüksəkkeyfiyyətli təsvir imkanı ilə təchiz olunmuş “Full HD” standartlı 50 düymlü plazma televizor təqdim edib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu cür kontentə baxmaq üçün ev şəraitində üçölçülü təsvirə baxmaq imkanı təqdim edən xüsusi eynəklər də hazırlanıb.
Bundan əvvəl istehsalçılar eynəklə 3D-televizorlar təqdim edib, lakin əvvəl təqdim olunan qurğular daha aşağı keyfiyyətli təsvir imkanı ilə təmin olunub. Yüksəkkeyfiyyətli “Ful HD” formatlı təsviri almaq üçün yeni televizorlarda hər bir kadr sol və sağ göz üçün ardıcıllıqla təsvir olunur, tamaşaçının taxdığı eynəklər isə hər gözün özünün təsvirini almaq üçün okulyarları növbə ilə açır. Bu zaman translyasiyalararası pauza o qədər azdır ki, insanın görmə qabiliyyəti onu hiss etməyə qadir deyil.
Bundan əlavə, yeni plazmalı televizor təsvir dəqiqliyini və aydınlığını artıran bir sıra texnologiyalarla təchiz olunub. 50 düymlü televizorların və xüsusi eynəklərin prototipləri cari ilin oktyabr ayının 6-dan 10-dək Yaponiyada keçiriləcək sərgidə nümayiş etdiriləcək.
Yeni məhsullarının kütləvi istehsalı 2010-cu ildə planlaşdırılır.

Oxşar yazılar

“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56