Azərbaycan-Britaniya Biznes Şurası yaradılıb
Əsas məqsədinin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da genişləndirməkdir
Sentyabrın 22-də Azərbaycan-Britaniya Biznes Şurasının (ABBŞ) Londonda təsis iclası və ilk toplantısı keçirilib.
Lent.az-ın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev, Səfir Fəxrəddin Qurbanov, Britaniya tərəfdən Şuranın həmsədri Lord Hauel, Şuranın direktoru Maykl Tomas, Britaniya Lordlar Palatasının üzvləri və Britaniya Xarici işlər nazirliyinin rəsmisi, eləcə də müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.
Böyük Britaniya tərəfdən Şuranın həmsədri Lord Hauel son zamanlar iki ölkə arasında bütün sahələrdə münasibətlərin genişləndiyini vurğulayıb və Şuranın yaradılmasının ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb. O, ölkəmizdə geniş biznes imkanlarının mövcud olduğunu və xarici sərmayədarların fəaliyyəti üçün münbit şərait yaradıldığını diqqətə çatdırıb.
Cahangir Hacıyev Azərbaycan iqtisadiyyatında son dövrlər əldə edilmiş nailiyyətlərdən danışmış və yenicə təsis olunmuş Biznes Şurasının əsas məqsədinin iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi olduğunu söyləyib. O, Biznes Şurasının Azərbaycanın iqtisadi potensialının Britaniyada təbliği istiqamətində fəaliyyət göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.
Daha sonra Britaniyanın bir sıra aparıcı şirkətləri və biznes qurumlarının nümayəndələri təkliflər irəli sürüb və potensial layihələr ətrafında fikir mübadiləsi aparıblar. Şuranın fəaliyyətinin iki ölkənin işgüzar münasibətlərinə özünəməxsus töhfə verəcəyi və ölkələrimiz arasında iqtisadi fəallığın artmasına gətirib çıxaracağına inam ifadə olunub.

751