Dünyanı ərzaq qıtlığı gözləyir
BMT 40-45 il sonra gözlənilən ərzaq qıtlığı barədə dünya ölkələrinə xəbərdarlıq edir
Birləşmiş Millətlər Təşkilatı dünya ölkələrini öz əhalisinin ərzaq ehtiyatını genişləndirmək üçün təcili tədbirlər görməyə çağırıb. Çünki dünya əhalisi sürətlə artır və belə getsə, 40 ildən sonra insanların ərzağa oluna ehtiyacını ödəmək çox çətin olacaq.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, BMT dünyanın artmaqda olan əhalisinin ərzaq təminatını ödəmək üçün yeni yollar axtardığını elan edib. Bu məqsədlə gələn ay İtaliyada beynəlxalq forumun keçiriləcəyi planlaşdırılıb. Romada təşkil olunacaq forum “2050-ci ildə dünyanı ərzaq qıtlığından necə qidalandırmalı?” devizi altında keçiriləcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında deyilir ki, 2050-ci ildə dünya əhalisinin sayı 2,3 milyard nəfər artaraq 9,1 milyard nəfərə çatacaq. Bu isə o deməkdir ki, hazırkı ərzaq ehtiyatı insanların qidalanmasına kifayət etməyəcək. Ona görə də dünya dövlətləri gözlənilən təhlükəni qarşılamaq üçün indidən hazırlaşmalıdır. Əks təqdirdə dünyanı aclıq bürüyəcək.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56