Günəş və külək enerjisi Bakıda müzakirə olunur
Bu gün Bakıda “Energetika ekologiya və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans başlayıb. Sənaye və Energetika Nazirliyi, Milli Elmlər Akademiyası və Beynəlxalq Ekoenerji Akademiyasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə 30-dan çox ölkənin mütəxəssislərinin iştirakı nəzərdə tutulub.
Sənaye və Energetika Nazirliyindən Lent.az-a bildiriblər ki, alternativ enerji mənbələrinə həsr edilən konfrans sentyabrın 25-dək davam edəcək. Sayca 10-cu belə beynəlxalq tədbir olan konfransda Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsinə dair görülən tədbirlər barədə hesabat dinləniləcək.
Xatırladaq ki, Azərbaycan Enerji üzrə Beynəlxalq Agentliyin üzvüdür. 2004-cü ilin noyabrında prezident İlham Əliyev Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanlarının yaradılmasına dair sərəncam imzalayıb. Həmin sərəncamdan sonra ölkənin bir neçə regionunda külək və günəş enerjisindən istifadəyə dair pilot layihələr hazırlanıb. Hazırda bəzi rayonlarda, bu növ enerjidən lokal şəkildə istifadə olunur.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakı Marafonu 2025” “Azercell Telekom”un eksklüziv tərəfdaşlığı ilə keçiriləcək
15 aprel 2025 , 12:11
ABB ABA-nın 6 mükafatını qazandı
15 aprel 2025 , 12:07
Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15 aprel 2025 , 10:35
Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56