Tikinti materiallarının qiyməti artıb
04 iyul 2009 15:00 (UTC +04:00)

Tikinti materiallarının qiyməti artıb

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tikinti materialları bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb.

Təşkilatdan Lent.az-a daxil olan açıqlamada bu ilin iyun ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 87 çeşiddə tikinti materiallarının qiymətinin izlənildiyi bildirilib. Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan malların ümumi istehsalda həcmi 52,9% təşkil edib. Neftin qiymətindəki artımlar və maliyyə birjalarında qiymət indekslərinin müsbətə doğru dəyişməsi tikinti materialları bazarına da təsir göstərib. Tikinti materiallarının qiymətlərində cüzi də olsa, artım qeydə alınıb.


Qiyməti artın materiallar arasında yerli istehsal məhsulları ilə yanaşı, idxal məhsullarına da rast gəlinib. May ayında 5 aylıq fəsilədən sonra istehsalı bərpa olunan armatur qiyməti artan məhsullar arasında olsa da, araşdırmalar göstərir ki, bu qiymət artımı müvəqqəti xarakter daşıyır. Belə ki, Bakı Poladəritmə Zavodunun xammal ehtiyatı 6000 ton təşkil edir ki, bu da fasiləli iş rejimində cəmi 10 günlük istehsal üçün yetərlidir. Araşdırmalar göstərir ki, hazırda zavodun gündəlik istehsal gücü 1000 tondur. Metal və metal məmulatlarının, eyni zamanda ağac məmulatlarının qiymətindəki azalma may ayından başlayaraq artımla müşahidə olunub və bu tendensiya iyun ayında da davam edib.


İyun ayında araşdırmaya məruz qalan 87 adda məhsuldan 19-u üzrə qiymət azalması, 12-si üzrə qiymət artımı, 56-sı üzrə isə stabillik müşahidə edilib. Qiyməti artan məhsullar əsasən ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də artım qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə artım may ayı ilə müqayisədə 1,5% təşkil edib.

İyunda taxta 5,7%, dikt 9,3%, armatur 2,1%, dəmir təbəqə 13%, şveller 5,3% bahalaşıb.
Mişar daşı 6,9%, qum 2,9%, DSP 4,6%, boru 2,7%, sink təbəqə 0,6%, plastik boru 3%, lambirin 1,8%, zamaska 2,3%, mismar 5%, laminat-parket 0,8%, otsep 20%, şüşə pambıq 13% ucuzlaşıb.

Digər tikinti materiallarının qiyməti iyun ayında stabil qalıb.

Aparılan araşdırmalar göstərir ki, iyun ayında tələb çox aşağı düşüb. Xırda və orta sahibkarlar iyun ayının son həftəsinin alıcı baxımdan ilin ən passiv həftəsi kimi qiymətləndiriblər. İyun ayında qiyməti düşən məhsullar əsasən hörgü və sürtgü materialları olub.

Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının qiyməti 1,5% artıb. Buna baxmayaraq, hazırkı qiymətlər ilin əvvəli ilə müqayisədə 4,3%, ötən illə müqayisədə isə 43,4% aşağıdır. Qiymət indeksi isə ötən aya nisbətən 1,4 bənd artaraq, 99,9 səviyyəsində qərarlaşıb.

Pərvin ABBASOV
# 864

Oxşar yazılar

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

2 dekabr 2022 , 15:55
® “Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

®“Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

2 dekabr 2022 , 14:12
® İnnovasiya Sammitinə sayılı günlər qaldı!

®İnnovasiya Sammitinə sayılı günlər qaldı!

2 dekabr 2022 , 10:31
® Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

®Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

1 dekabr 2022 , 15:55
® Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

®Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

1 dekabr 2022 , 10:32
Qəbələlilərdən "Azəriqaz"a MÜRACİƏT

Qəbələlilərdən "Azəriqaz"a MÜRACİƏT

30 noyabr 2022 , 17:39