İlham Şaban: ““Azəriqaz” ləğv olunmalıdır”
Maya dəyəri 23 manat olan təbii qazın qiymətinin 47 manatdan 100 manata qaldırılması ciddi narahatçılıq yaradıb
Tarif (qiymət) Şurasının qərarı ilə bu gündən Azərbaycanda əhali qrupu istehlakçılarına satılan qazın qiyməti 47 manatdan 100 manata qaldırılıb. “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Tarif Şurasına göndərdiyi müraciətdə qazın qiymətinin bu həddədək qaldırılmasını iki amillə əsaslandırıb: təbii qazın istehlakında israfçılığın qarşısının alınması və bundan əvvəlki qiymətin çəkilən xərcləri ödəməməsi.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Lent.az-a açıqlamasında “Azəriqaz”ın arqumentlərinin hər ikisini “gülünc və əsası olmayan bəhanə” adlandırıb. O qeyd edib ki, hazırda Rusiya kimi ölkədə təbii qazın əhaliyə satış qiyməti 70 dollardır və orada bu yanacağın maya dəyəri 20-25 dollar arasında dəyişir. Onun sözlərinə görə, Azərbaycanda əhaliyə verilən təbii qazı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) hasil edir. Şirkətin hasil etdiyi qazın 32-si səmt qazından dır. Yəni neftlə bərabər çıxan havayı qaz.
Bundan başqa, Azərbaycan “Azəri-Çıraq-Günəşli”dən ildə 1,5 milyard kubmetr qaz alır. Quruda hasilatla məşğul olan 10-dan çox birgə müəssisələr və əməliyyat şirkətləri də öz qazını ARDNŞ-yə pulsuz verir. İlham Şaban deyir ki, ARDNŞ-nin son hesabatında təbii qazın maya dəyəri 23 manat (təxminən 28 dollar) göstərilib.
O ki qaldı əhalinin təbii qazdan israfçılığı yol verməsinə, İlham Şaban bunu da absurd sayır. Onun sözlərinə görə, sadəcə “Azəriqaz” öz işinin öhdəsindən gələ bilmir.
“Mən təklif edirəm ki, “Azəriqaz” Səhmdar Cəmiyyəti ləğv olunsun. Çünki bu müəssisə yarandığı gündən bəri 60 faizdən yuxarı qazpulu yığa bilmir. Amma orada işləyənlərin hamısını altında xarici maşınlar var. Bunlar nəyin hesabınadır? Bu gün ARDNŞ özünün hasil etdiyi qazın təqribən yarısını özü satır. “Azəriqaz” isə cəmi 5 milyard kubmetr qaz satır. Buna görə 10 min nəfər işçini saxlamağa dəyərmi? Ona görə də “Azəriqaz” ləğv edilməlidir, qazın nəqli ilə bağlı ayrıca bir dövlət strukturu yaradılmalıdır və qazpaylayıcı şəbəkə ARDNŞ-nin səlahiyyətinə verilməlidir” - deyə, İlham Şaban bildirir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2008-ci ildə təbii qazın nəqli və paylama sistemində 550 milyon kubmetr itki olub. Bu isə Gəncə kimi iri bir şəhərin il ərzində istehlak etdiyi qazın həcmindən çoxdur. İlham Şabanın sözlərinə görə, sovet dövründə Gəncə şəhəri 400 milyon kubmetr qaz istehlak etmirdi. İndi isə birdən-birə itkilər bu qədər artıb.
Qeyd edək ki, hələlək “Azəriqaz” Səhmdar Cəmiyyətindən təbii qazın qiymətinin qaldırılması, israfçılıq və əvvəlki qiymətlərin xərcləri ödəməməsi barədə rəsmi rəy olmaq mümkün olmayıb. Bununla belə, cəhdlərimizi davam etdirirk. Bizi izləyin...
Elxan SALAHOV

1172