TRASECA ilə yük daşımaları artıb
2010-cu ildə TRASECA nəqliyyat dəhliz vasitəsilə daşımalar 10 faiz artıb. İl ərzində Azərbaycan-Gürcüstan ərazisi ilə 52 milyon ton yük daşınıb.
Nəqliyyat Nazirliyində Lent.az-a verilən məlumata görə, ildə TRASECA nəqliyyat dəhliz vasitəsilə daşınan yükün 14 milyon tonu tranzit daşımaların payına düşür. Bu il isə dəhliz vasitəsilə yükdaşımaların həcminin bir qədər də artacağı proqnozlaşdırılır.
Nazirlikdə hesab edirlər ki, bu il həm də ötən ildən başlanan layihələrin icrası davam etdiriləcək. Bura həm yerüstü və dəniz yolu, həm də hava nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin edilməsinə dair layihələr daxildir. Bunların arasında “Qara dəniz və Xəzər dənizini birləşdirən nəqliyyat magistralının yaradılması” layihəsinin işlənməsi də başlanacaq. Mütəxəssislərin fikrincə, bu layihə TRASECA nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaların həcmimin artırılmasında xüsusi rol oynayacaq.
Avropa Birliyi və TRASECA-ya üzv ölkələr Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanının inşasına da böyük ümid bəsləyir. Xatırladaq ki, TRASECA nəqliyyat dəhlizi çərçivəsində həyata keçiriləcək layihələr mart ayında Avropa İttifaqının dəstəyi ilə Bakıda keçiriləcək toplantıda müzakirə ediləcək.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16