İpoteka kreditləşməsində 35 yaş müəmması
Müvəkkil banklar sosial ipotekada birgə borcalanların hamısının yaşının 35-dən aşağı olmasını vacib sayır, fond isə bunu təkzib edir
Dövlət vəsaiti hesabına ipoteka kreditlərinin alınması üçün müraciətlərin sayı artır. Bu günədək müvəkkil kredit təşkilatları tərəfindən ipoteka krediti almaq məqsədilə müraciət etmiş 500-dən artıq vətəndaşın rəsmi ərizələri qəbul edilib.
Azərbaycan İpoteka Fondundan Lent.az-a bildiriblər ki, daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 22 milyon manatdan çoxdur. İyunun 16-dan start götürmüş güzəştli ipoteka kreditləri almaq istəyən şəxslərdən 28 müraciət qəbul edilib. Həmin şəxslərin almaq istədiyi ipoteka kreditlərinin ümumi məbləği 1 milyon manata yaxındır.
Yeri gəlmişkən, güzəştli şərtlər əsasında ipoteka krediti almaq istəyənlərlə bağlı bir sıra hüquqi problemlər ortaya çıxıb. Belə ki, müvəkkil banklarda iddia edirlər ki, güzəştli şərtlər əsasında borcalan qismində iştirak edən ailə üzlərindən heç birinin yaşı 35-i ötməməlidir. Əks halda, onlar güzəştli şərtlər əsasında ipoteka krediti almaq hüququna malik deyil. Bu isə o deməkdir ki, ailə üzvlərindən birinin yaşı 35-ə çatmayıbsa, digərinin yaşı isə bu həddi keçibsə, həmin gənc ailə birgə borcalan qismində iştirak edə bilməz. Bundan başqa, imtiyazlı ailələrin subay üzvlərinin də güzəştli şərtlərlə ipoteka krediti almaq hüququ yoxdur.
Azərbaycan İpoteka Fondunda isə müvəkkil bankların borcalanlar arasında bu cür şərt qoymaq ixtiyarı yoxdur. Fondda bildirirlər ki, gənc ailənin bir üzvünün yaşı 35-i keçməyisə, o ailənin adından borcalan qismində iştirak edə bilər və bu, güzəştli şərtlərlə ipoteka kreditlərinin alınması üçün yetərlidir. Həmçinin güzəştli kateqoriyaya aid edilən ailələrin subay üzvləri də həm birgə, həm də ayrılıqda borcalan qismində çıxış edə bilər.
Elxan SALAHOV

Oxşar yazılar

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi baş çatıb
11 aprel 2025 , 17:31
"Park Yasamal"dan faizsiz kreditlə mənzil axtaranlar üçün əla təklif - "Kristal Abşeron"
11 aprel 2025 , 16:56
“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək
11 aprel 2025 , 12:52
Sabah bu rayonda 21 kəndin qazı kəsiləcək
10 aprel 2025 , 18:32
"Azercell" və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
10 aprel 2025 , 16:31
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO
10 aprel 2025 , 12:19
Trampın son qərarı ilə “Bitcoin”in qiyməti qalxdı - 82.000 dollar
10 aprel 2025 , 05:13