İpoteka ilə mənzil almağın zəruri xərcləri – SİYAHI
İpoteka krediti almaq istəyən şəxs banklardan xalis borcu götürənədək təxminən 8 min manatadək xərc çəkməlidir
Azərbaycanda ipoteka kreditlərinin başlanmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, proses 2006-2007-ci illərdəki kimi kütləvi hal almayıb. Kreditləşməyə start veriləcəyi ilə daşınmaz əmlak bazarında ciddi canlanmanın olacağı barədə proqnozlar da özünü doğrultmadı.
İpoteka kreditləri üçün müraciətlərin sayının az olduğunu Azərbaycan İpoteka Fondunun seçdiyi müvəkkil banklarda da təsdiqləyirlər. Bank mütəxəssisləri bildirirlər ki, əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasının əsas səbəbi iqtisadi böhranla əlaqədar əhalinin ipoteka kreditləşməsinə başlanacağına inanmamasıdır. Elə bu səbəbdən də dövlət vəsaiti hesabına kreditlə mənzil almaq istəyənlər lazımi sənədləri toplamaqda gecikiblər.
Müstəqil ekspertlər isə əhalinin ipoteka kreditləşməsinə az maraq göstərməsini iki mühüm amillə əlaqələndirirlər. Bunlardan birincisi kreditləşməyə start verilərkən ipoteka predmeti kimi yalnız təzə binalardakı mənzillərin seçiləcəyi barədə məlumatlardır. İkinci mühüm səbəb isə kreditləşmə sənədlərinin hazırlanması və ilkin mərhələdə tələb olunan xərclərin çoxluğu ilə izah olunur.
Mövcud qaydalara görə, iyunun 1-dən Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditlərindən istifadə edən şəxslər təkcə kreditə görə faizlər yox, həm də kreditin alınması prosesində göstərilən xidmətlərə üçün əlavə pul ödəməlidir. Bu xərclərə əsasən, borcalanın özünün və onun almaq istədiyi mənzilin sığortalanması, ipoteka predmetinin qiymətləndirilməsi, qeydiyyat sənədlərinin alınması üçün nəzərdə tutulan xərclər daxildir. İlkin hesablamalara görə, təkcə ipoteka kreditinin rəsmiləşdirilməsi prosesinə ümumilikdə 110-160 manata yaxın pul tələb olunur. Məsələn, notariusda alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün Bakıdadırsa 110, digər şəhər və rayonlarda isə 44 manat rüsum ödənməlidir. İpoteka müqaviləsinin təsdiqi üçün ödənilən rüsumun məbləği isə kreditin məbləğindən asılıdır və 4 manat 40 qəpiklə – 27 manat 50 qəpik arasında dəyişir. Bundan başqa, notariusun depozit hesabından nağd pulu çıxarmaq üçün məbləğin 0,15 faizi qədər komisyon haqqı ödəmək lazımdır. Alınacaq əmlakın qiymətləndirilməsi üçün isə qiymətləndirmə şirkəti ilə razılaşmadan asılı olaraq, 10 manatdan 150 manatadək xidməthaqqı ödənməlidir.
Kreditləşməyəqədərki xərclər sırasında sığorta xidməti haqlarının məbləği yüksək olması diqqəti cəlb edir. Çünki borcalanın həm əmək qabiliyyəti, həm onun özünün həyatı, həm də aldığı mənzil sığortalanmalıdır. Bu xərclər isə kreditin geri qaytarılan aylıq ödəmələrindən yüksək məbləğdir. Məsələn, 30 min manatlıq borc götürən şəxs həyat sığortası üçün 144 manatdan 372 manatadək, əmək qabiliyyətinin sığortasına 159 manatdan 285 manatadək, əmlak sığortasında isə 81 manatla 519 manatadək haqq ödəməlidir.
Beləliklə, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka krediti almaq istəyən şəxs banklardan xalis borcu götürənədək orta hesabla 1500 manatadək xərc çəkməlidir. Orta hesabla 40 min manatlıq mənzil almaq istəyən şəxsin ilkin ödəniş (indi dövlət vəsaiti hesabına ipoteka krediti almaq istəyən şəxs mənzilin dəyərinin 15 faizini bəri başdan ödəməlidir – E.S.) kimi ödədiyi vəsaiti də nəzərə alsaq, krediti götürənədək tələb olunan vəsait təxminən 8 min manata çatır.
İpoteka krediti il mənzil almaq istəyənlərin xalis borcdan əlavə çəkəcəyi bu cədvəllə müəyyənləşdirmək olar:
İpoteka kreditlərinin rəsmiləşdirilməsi üçün rüsum və müddətlər
N. Aparılan hərəkətin adı Rüsum Hərəkəti aparan idarənin adı “Dövlət rüsumu haqqında” qanun
1. Kredit müqavilələrinin təminatı kimi bağlanılan ipoteka müqavilələri üçün 28 Notariat kontorları Maddə 10.4.3
2. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakıda 110, bölgələrdə 44 man. Notariat kontorları Maddə 10.4-1
3. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün: Bakıda 55, bölgələrdə 22 Notariat kontorları Maddə 10.4-2
4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə (Forma 1) 10 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.6
5. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi 30 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.1.1
6. İpotekanın dövlət qeydiyyatına alınması üçün 20 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.2
7. İpotekanın təkrar və əlavə dövlət qeydiyyatına alınması üçün 10 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.4
8. Daşınmaz əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi 10 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Maddə 26.4
9. İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün 0,25 manat Notariat kontorları Maddə 10.16
10. İpoteka kağızının dövlət qeydiyyatı üçün 5 manat Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Maddə 21.5
11. İpoteka kağızının əlavə qeydiyyatı üçün 2 manat Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Maddə 21.6
Sığorta və mənzillərin qiymətləndirilməsi xərcləri
Hərəkətin adı Orta məbləğ Müddət
Fərdi qəza və xəstəlik sığortası Kredit məbləğinin 0,5 – 0,7 faizi miqdarında 3-5 gün
İpoteka predmetinin sığortası Kredit məbləğinin 0,3 – 0,4 faizi miqdarında 3-5 gün
1-3 otaqlı mənzilin qiymətləndirilməsi 50-70 manat 1-3 gün
otaqlı mənzilin qiymətləndirilməsi 80-100 manat 1-3 gün
Fərdi yaşayış evinin qiymətləndirilməsi 100-120 manat
Elxan SALAHOV

2155