Tovuz və Goranboyda torpaqlar hərraca çıxarılıb
Hərraca çıxarılan torpaqlar alınıb
İyunun 16-da Tovuz və Goranboyda torpaqlar hərraca çıxarılıb. Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Mahir Abbasovun Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə 2 rayon bələdiyyəsi tərəfindən sahibkarlıq üçün 166 kvm və 8 sotluq torpaq sahəsi hərraca çıxarılıb. Bundan başqa, Düz Qırıqlı Bələdiyyəsi tərəfindən 240 və 520 kv metr torpaq sahələri, sahibkarlıq üçün 5 sot torpaq sahəsi isə əlavə olaraq müsabiqəyə təqdim olunub. Hərracda həmçinin Qovlar Bələdiyyəsi tərəfindən də sahibkarlıq məqsədi ilə ümumi sahəsi 42 kvm olan torpaq sahələri satışa çıarılıb. Hərraca təqdim olunan torpaq sahələrinin hamısı satılıb.
Goranboy rayon Torpaq Hərrası Komitəsinin sədri Ziyad Əhmədov isə bildirib ki, torpaqlar rayonun Dəliməmmədli, Xoylu və Qaşaltı Qaraqoyunlu şəhər və kənd bələdiyyələrində hərraca çıxarılıb. Dəliməmmədli şəhərində sahibkarlıq məqsədi ilə hərraca çıxarılan 3297 kv metr torpaq sahəsinin ilkin qiyməti 104 manat olub, daha sonra 329 manata təklif olunub və 553 manata satılıb. Xoylu kəndində satışa çıxarılan 1700 kvm torpaq sahəsi isə 1712 manata satılıb. Qaşaltı Qaraqoyunlu bələdiyyəsi tərəfindən isə 1200 kv metr torpaq sahəsi hərraca çıxarılıb. Torpaq sahələri 156 manata satılıb.
Vüsalə Cənnətova

1148