“Əsrin müqaviləsi”nin uzadılması təklif edilir
“Əsrin müqaviləsi”nin iştirakçıları Azərbaycan hökumətinə müqavilənin müddətinin uzadılmasını təklif ediblər.
“APA-ECONOMICS”in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş. Mövsümovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır: “Müqavilə 2024-cü ildə bitəcək. Biz müqavilənin müddətinin uzadılmasına hələlik tələsmirik. “Əsrin müqaviləsi”nin iştirakçılarına da hələlik nə müsbət, nə də mənfi cavab vermişik”.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi layihəsinə dair müqavilə - “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayında imzalanıb. AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), “Chevron” (10,2%), ARDNŞ (10%), “Inpex” (10%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “Devon” (5,6%), “Itochu” (3,9%) və “Hess” (2,7%) şirkətləri iştirak edir.

1369