
Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclası komitənin sədri Ziyad Səmədzadə açıb. Əvvəlcə deputatlar “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsini ilk oxunuşda müzakirə ediblər. Ziyad Səmədzadə bildirib ki, sənəd komitəyə Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında daxil olub. Komitə sədri bankolmayan kredit təşkilatlarının beynəlxalq təcrübəsindən, bu sahədə Azərbaycanda müşahidə olunan irəliləyişdən danışıb. Komitə sədrinin müavini Çingiz Əsədullayev 25 maddədən ibarət olan sənədin maliyyə resurslarının düzgün tənzimlənməsində, regionların inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Sonra deputatlar “Mühasibat uçotu haqqında” qanunun və “Mühasibat uçotu haqqında” qanunun qüvvəyə minməsi barədə Milli Məclisin 1995-ci il 24 mart tarixli 999 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə” sənədə münasibət bildiriblər. İclasın sonunda hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edilib.
Oxşar yazılar

“28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti dayandırılır
7 aprel 2025 , 18:07
Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
7 aprel 2025 , 16:59
“Bazarstore”dan möhtəşəm 5 Gün kampaniyası sizi gözləyir
7 aprel 2025 , 12:09
Bakının iki rayonunda qaz kəsiləcək
7 aprel 2025 , 09:23
Bakıda küçədə kuryoz olay
6 aprel 2025 , 16:14
“Nar” müəllimlər üçün mobil rabitə təlimi keçib
4 aprel 2025 , 15:17
“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
4 aprel 2025 , 14:17