Bakı beynəlxalq neft və qaz sərgisinə hazırdır
Sabah Bakıda ənənəvi “Xəzər neft qaz neftayırma və neftkimyası” XVI beynəlxalq sərgi və konfrans öz işinə başlayır. İyunun 2-dən 5-dək davam edəcək sərgidə müxtəlif ölkələrin nazirləri Azərbaycanda akreditə olunmuş dövlətlərin səfirləri, yerli və xarici ölkələrin iri şirkət və müəssisələri iştirak edəcək. sərginin əsas təşkilatçısı isə İTE Qroup Pic şirkəti ilə Azərbaycan Sənaye və Ticarət Palatasıdır.
Lent.az-ın məlumatına görə, bu barədə sərginin təşkilatçıları jurnalistlər üçün keçirdikləri mətbuat konfransında bildiriblər. İTE Qroup Pic şirkəti meneceri Edvard Stroon deyib ki, qlobal iqtisadi böhrana baxmayaraq, bu il sərgiyə maraq daha yüksəkdir. Onun sözlərinə görə, böhran neft və qaz sənayesinə də ciddi təsir edib. Lakin böhran şəraitində neft-qaz bazarında yeni maraqları olan şirkətlər də meydana gəlib. Məhz bunun nəticəsində “Xəzər neft qaz neftayırma və neftkimyası” sərgisində iştirak edən şirkətlərin 80-ə qədəri yenidir. Bütövlükdə isə bu ilki sərgidə 22-dən çox ölkənin 300-ə qədər şirkətinin iştirakı gözlənilir. Bu şirkətlər arasında ABŞ, Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, İran, İtaliya, Qazaxıstan, Rusiya, Rumıniya, Türkmənistan, Fransa, Yaponiya və digər ölkələrin təmsilçiləri var.
“Hər il bu sərgidə yeni iştirakçıların sayı 10 faiz təşkil edirdi. Bu il isə iştirakçıların 22 faizi yeni şirkətlərdir. Sərgidə iştirak edən şirkətlərin ümumi sayı isə ötən il olduğu kimi 300-dür. Ancaq əminəm ki, bu sərgi əvvəlkindən daha səmərəli və təsirli olacaq” - deyə, Edvard Stroon bildirib.
Edvard Stroon bildirib ki, Azərbaycan bazarına ilk dəfə qədəm qoyan yeni şirkətlərin sərgidə iştirak etməsi diqqəti cəlb edən faktlardan biridir. Onun sözlərinə görə, yeni şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini tutacaq. Ekspozisiya sahəsinin 40 faizi isə dünyada tanınmış şirkətlərə ayrılacaq.
Azərbaycan Sənaye və Ticarət Palatasının vitse-perezidenti Mehman Əhmədov isə qlobal iqtisadi böhran şəraitində neft və qaz sərgisinə marağın artmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib. Onun fikrincə, sərgidə yeni şirkətlərin iştirak etməsi Azərbaycanda antiböhran tədbirlərinə lazımi hazırlıq işlərinin görülməsinin nəticəsidir: “Yeni şirkətlərin sərgiyə qatılması təsadüfi deyil. Bu, onu göstərir ki, Azərbaycan antiböhran tədbirlərinə daha yaxşı hazırlaşıb. İnanıram ki, 2-3 il ərzində Azərbaycanda qlobal iqtisadi böhranın təsirləri tam şəkildə aradan qalxacaq və ölkəmiz iqtisadi sahədə yeni mərhələyə qədəm qoyacaq”.
Xatırladaq ki, sabah tədbirin açılış mərasimində prezident İlham Əliyevin də iştirakı gözlənilir. Ölkə başçısı Azərbaycanın neft-qaz strategiyası mövzusunda çıxış edəcək.
Elxan SALAHOV

1614