Rusiyanın ən varlı adamı İzmirdə 7 ulduzlu otel tikdirəcək
Bu ölkənin milyarderləri Türkiyəyə axışırlar
Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada tikdirdiyi və möhtəşəm mərasimlə istifadəyə verilən 7 ulduzlu “Mardan Palace” otelindən sonra daha bir rus milyarder Türkiyədə lüks otel inşa etdirmək qərarına gəlib.
Lent.az-ın “hurriyet”ə istinadən məlumatına görə, Rusiyanın ən varlı adamı olan Mixail Proxorov İzmirin turistik məkanlarından olan Çeşmə qəsəbəsində 7 ulduzlu otel tikdirmək istəyir.
Rusiyada “Nikel kralı” adı ilə məşhurlaşan iş adamı bunun üçün Çeşmədə 184 min sot torpaq sahəsi alıb. 2007-ci ildə alınan torpaq üçün 17 milyon dollar ödəyib. Proxorov 650 otaqlı lüks otel tikdirmək niyyətindədir. İş adamının inşaat üçün etdiyi müraciətə müsbət cavab verilib.
Layihəsi təsdiqlənən otelin inşasına bu il sentyabrın sonunda başlanacaq.
Qeyd edək ki, “Mardan palace”ın açılışı ötən həftə olub. Rusiya mətbuatı bu otel üçün Telman İsmayılovu kəskin tənqid edib. Rusiya KİV-i onunla bağlı “Rusiyada qazanır, Türkiyədə xərcləyir”, - deyə yazıb. Bu baxımdan Proxorovun tənqidlərə hədəf olacağı bildirilir.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30