Cərimələr artırıldı - SİYAHI
İqtisadi İnkişaf Nazirliyi istehlak bazarına nəzarəti gücləndirilir
Aprelin 28-də “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavə və edilməsi haqqında” qanunla ticarət qaydaları əleyhinə olan inzibati xətalar üzrə tətbiq olunan cərimələr sərtləşdirilib. İqtisadi İnkişaf Nazirliyi dəyişikliklərdən sonra bu sahədə tətbiq olunan cərimələrin məbləğini açıqlayıb.
Lent.az müvafiq qanunvericiliyin tələblərinin pozulması üzrə müəyyən edilmiş cərimələri oxucuların diqqətinə çatdırır:
- Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (görülməsinə) görə inzibati xətaların bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, fiziki şəxslər 350 manatdan 500 manatadək;
- Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulması və ya temperatur rejiminə əməl edilməməsinə görə 500 manatdan 1000 manatadək;
Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 500 manatdan 1000 manatadək;
- Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək;
- Azərbaycan Respublikası ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə 1100 manatdan 1650 manatadək;
- Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək;
- Saxlama müddəti ötmüş məhsulların satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;
- Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;
- Qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;
- Standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;
- Lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericilklə müəyyən edilmiş təhlükəli malların satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;
- Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə - bu, az miqdarda olduqda (40 manatadək), vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək;
- Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək;
- İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 600 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək;
- İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında səlahiyyətli vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş yazılı tələblərini yerinə yetirməməyə görə 4000 manatdan 5000 manatadək.
İqtisadi İnkişaf Nazirliyi sahibkarları bir daha istehlakçıların hüquqlarına hörmətlə yanaşmağa və bu sahədə qanun pozuntularına yol verməməyə çağırır. İstehlakçıların hüquqlarının, habelə istehlak mallarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı tələblərin pozulması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Elxan SALAHOV

1035