“Bugatti”dən 2 milyon dollarlıq yeni model
29 may 2009 11:45 (UTC +04:00)

“Bugatti”dən 2 milyon dollarlıq yeni model

Cəmi 150 ədəd istehsal olunacaq avtomobilin sahibi olmaq istəyənlər vergi və nəqliyyat xərclərini də ödəməlidirlər

“Bugatti” markalı avtomobilin yeni modeli bu ilin iyulunda satışa çıxarılacaq.


Lent.az-ın məlumatına görə, cəmi 150 ədəd istehsal olunacaq “Gran Srort” model avtomobilin qiyməti 1,4 milyon avro və 2 milyon dollara yaxındır. Bu avtomobilin sahibi olmaq istəyənlər həmin puldan əlavə vergi və nəqliyyat xərclərini də ödəməlidirlər.

İndiyədək bütün dünyada istehsal olunan avtomobillərin arasında üstü ən sürətli açılan maşındır. 16 silindirli mühərrikə sahib avtomobilin üstü örtülü ikən 407 km/saat sürətlə gedə bilir. Üstü açılanda isə sürət 360 km/saat olur.

Yağışlı havalarda avtomobilin sürəti avtomatik olaraq düşür. Belə havalarda maşının maksimum sürəti 130 km/saat olur. 150 ədəd avtomobilin 50-si “Bugatti”nin daimi müştərilərinə satılacaq. İndiyədək 30 maşın sifariş edilib. Qalan 10 avtomobil isə normal alıcılara satılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar