122 kənddə yeni su qurğuları tikilib
Son il yarım ərzində Azərbaycanın 122 kəndində modul tipli su təmizləyici qurğular quraşdırılıb. Bunun sayəsində 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu nazir Hüseynqulu Bağırov Sofiyada BMT Baş Katibinin su və sanitariya məsələləri üzrə Məşvərətçi Şurasının 12-ci toplantısındakı çıxışında bildirib. Bu istiqamətdə işlərin davam edəcəyini deyən nazirin sözlərinə görə, Minilliyin İnkişaf Məqsədlərindən biri kimi, Azərbaycan 2015-ci ilədək təhlükəsiz içməli su ilə təmin olunmamış əhalinin sayını 2 dəfə azaltmağa nail olacaq. Üstəlik ehtiyacı olan bütün kənd əhalisi ekoloji cəhətdən təmiz su ilə təmin ediləcək.
Nazir qeyd edib ki, Xəzərin çirklənmədən qorunması məqsədilə gündə 6140 kubmetr çirkab sutəmizləmə gücünə malik modul tipli qurğuların qurulması nəticəsində Abşeron yarımadasının sahilboyu ərazilərində 16 stansiyan istismara verilib.
Elxan SALAHOV

1081