İpoteka Fonduna xidmət göstərən müvəkkil təşkilatların siyahısı təsdiqlənib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən Azərbaycan İpoteka Fonduna (AİF) üzv olan müvəkkil kredit təşkilatlarının siyahısı yenidən təsdiqlənib.
AİF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, AMB tərəfindən 18 müvəkkil kredit təşkilatı təsdiqlənib. Bu, Azərbaycan Beynəlxalq Bankı, «Azərdəmiryolbank», «Bank Avrasiya», «Bank of Azerbaijan», «Bank Standard», «Muğanbank», «Texnikabank», «Turanbank», «Xalq Bank», «Zaminbank», «Royal Bank», «AGBank», «AtaBank», «Bank Respublika», «Gəncəbank», «Kapital Bank», «UniBank» və «Paşa Bank»dır.
Müvəkkil kredit təşkilatları ilə yanaşı, fondun müvəkkil sığorta şirkətlərinin yeni siyahısı da təsdiqlənib. Belə ki, hazırda fonda 10 sığorta təşkilatı - «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti, «Alfa Sığorta», «AtaSığorta», «Atəşgah», «Başak-İnam», Beynəlxalq Sığorta Şirkəti, «MBASK», «Paşa Sığorta», «Standard İnsurance» və «Bakı Sığorta» şirkətləri üzvdür.
Fonddan bildirilib ki, yuxarıda qeyd olunan təşkilatlarla yanaşı 7 müvəkkil qiymətləndirici şirkətin yeni siyahısı təsdiqlənib. Bu, «Azİntellekt Servis» Konsaltinq Şirkəti, İVC-Beynəlxalq Qiymətləndirmə Mərkəzi, «Biləndər» şirkəti, «KONEKO», «MBA Ltd.», «VESKO», «MAK Consultancy Baku Ltd.» şirkətləridir.
Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Bu il dövlət büdcəsindən 34 mln. manatın güzəştli ipoteka kreditləşməsinə yönəldilməsi planlaşdırılır. Artıq iyunun 1-dən kreditləşmənin bərpa olunacağı gözlənilir.

1466