Bakıda ən bahalı torpağın sotu 330 min, ən ucuzu isə 350 dollardır
“Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması Qaradağ rayonunda torpağı bahalaşdırıb
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) paytaxtın torpaq bazarında apardığı növbəti aylıq monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan Lent.az-a verilən məlumata görə, aprel ayında Bakı şəhəri üzrə torpaq bazarına təklif olunan 810,7 ha torpaq sahəsinin 76,9%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahəsi və köhnə yaşayış sahəsi təşkil edib. Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında bir qədər də zəifləyib.
Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq, azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi, torpaq bazarında da formalaşan passiv tendensiya əsasən iqtisadi böhranın təsiri ilə bağlı olub.
Ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq, 21630 $/sot səviyyəsindən 20743 $/sot səviyyəsinə enib.
Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması daha çox III və IV zonalarda qeydə alınıb. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin daha çox enməsinə təkan verib. Qiymətlərin hələ də real dəyərindən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Ən çox qiymət azalması isə Səbail (-5,4%) rayonunda qeydə alınıb. Son dörd ayda ilk dəfə olaraq, nisbi də olsa, Qaradağ rayonunda qiymət artımı (0,7%) qeydə alınıb. Araşdırmalar göstərir ki, Qaradağ rayonunda “Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması bu rayonda əmlakın qiymətinə təsirsiz ötüşməyib.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Suraxanı və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (330000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.
Pərvin ABBASOV

1217