Telman İsmayılovun hollivudlu qonaqları Antalyaya gəldi
23 may 2009 13:30 (UTC +04:00)

Telman İsmayılovun hollivudlu qonaqları Antalyaya gəldi

Ulduzlar 7 ulduzlu “Mardan Palace” otelinin açılışına qatılacaqlar


Dünya ulduzları Türkiyənin Antalya şəhərinə toplaşmağa başlayıb. Lent.az-ın məlumatına görə, onların səfərinin məqsədi Azərbaycanlı iş adamı Telman inşa etdirdiyi 7 ulduzlu ultramüasir “Mardan Palace” otelinin təntənəli açılış mərasimində iştirak etməkdir.

Mərasimə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, onun xanımı Əminə Ərdoğan və mədəniyyət və turizm naziri Ərtoğrul Günay da qatılacaq.

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə başqanları isə açılışa qatılmayacağını bildirib.

Türkiyə mətbuatı açılışda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirak edəcəyini yazıb.

Mərasimə qatılacaq amerikalı məşhur müğənni Meray Keri və “Hollivud”un məşhur siması Riçard Gir isə artıq Antalyayadır.
Meray Keri Antalyaya ötən gecə gəlib. Amerikalı müğənni əynində ulduzla işlənmiş qara rəngli cəlbedici don, gözündə qara rəngli eynək və brilyant qaşlı zinət əşyaları ilə diqqəti çəkib. Antalya Hava Limanında onu fanatları qarşılayıb. Kerinin yaxından şəklinin çəkməsinə imkan verməyən cangüdənlər hamını oradan uzaqlaşdırıb. Müğənni qara bir avtomobillə açılışan gəldiyi “Mardan Palace” otelinə aparılıb.

Hər cür komfortu olan otelin açılışında 600 nəfər özəl dəvətli qatılacaq. Onların arasında Monica Belucci, Şeron Stoun, Sial, Tom Cons kimi başqa məşhur simaların da adları var.

180 min kvadrat metr ərazidə inşa olunmuş “Mardan Palace” otelinin tikintisi və interyerinin qurulmasının 1,2-1,4 milyard dollara başa gəldiyi bildirilir. Otel İstanbulun məşhur tarixi-memarlıq abidəsi – Dolmabağça Sarayında bənzər şəkildə inşa edilib. Otelin hovuzu 24 min kvadrat metr böyüklüyündədir və İstanbul boğazını xatırladır. 500 otaq və 20 villadan ibarət lüks mehmanxanada nömrələrin qiyməti 400 avrodan 20 min avroya qədər olacaq. Otel üçün hər birinin qiyməti 80 min avro olan antik stullar alınıb, çəngəl-bıçaqlara isə 17 milyon dollar xərclənib. Kompleksdə 16 restoran, 32 bar var.

Azərbaycanlı iş adamının yeni otelindən yazan nüfuzlu “The Times” qəzeti “1,4 milyard dollar (zarafat deyil, gerçəkdir)” ifadəsini işlədib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400

Oxşar yazılar