Dağlıq Şirvanda sahibkarlara kreditlər verilib
İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri bu gün İsmayıllıda yerli iş adamları ilə birgə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə İsmayıllı rayonunda sahibkarlıq mühitinin durumu, biznes strukturlarının üzləşdiyi problemlər və onların maliyyə mənbələrinə çıxış imkanları barədə fikir mübadiləsi aparılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə İvanovka qəsəbəsində tikilən “Eviar” MMC-nin Çörək Zavodunun tikintisi ilə tanış olmuşlar. Ümumi dəyəri 2 milyon manat olan zavod fəaliyyətə başladıqdan sonra ildə 6 min ton müxtəlif çeşidli çörək və un məmulatları istehsal edəcək. Müasir avadanlıqlarla təchiz ediləcək müəssisədə 40-dan artıq yeni iş yerinin açılması nəzərdə tutulur.
İsmayıllıda keçirilən tədbir çərçivəsində “Eviar” MMC-nin Çörək Zavodunun tikintisinin sürətləndirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatı vasitəsilə 450 min manat həcmində güzəştli kredit ayrılıb. Ümumilikdə isə bu tədbir zamanı fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan 52 sahibkarlıq subyektinə 750 min manata yaxın güzəştli kreditlər verilib.
Nazirlikdə bildirirlər ki, həmin kreditlər əsasən sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 120-dən artıq yeni iş yerinin açılması proqnozlaşdırılır.
Tədbir çərçivəsində sahibkarlar üçün “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi” mövzusunda treninq də keçirilib. Dağlıq Şirvan iqtisadi rayonundan 150-yə yaxın sahibkarın iştirak etdiyi treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və güzəştli kreditlərdən istifadə qaydaları barədə ətraflı məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Elxan SALAHOV

1519