İsveçrə Milli Bankının nümayəndələri Dövlət Neft Fondunda olub
21 may 2009 11:40 (UTC +04:00)

İsveçrə Milli Bankının nümayəndələri Dövlət Neft Fondunda olub

Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov bu gün İsveçrə Milli Bankının sədri Jan Pier-Rotun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə DNF-nin fəaliyyəti, qurumun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi məsələləri ətraflı müzakirə olunub.

Fonddan Lent.az-a bildiriblər ki, görüş zamanı DNF tərəfindən maliyyələşdirilən layihələrin inkişafı da diqqət mərkəzində olub. Jan Pier-Rot fondun MHŞT-nin tətbiqi sahəsində uğurları, Azərbaycanın bu sahədə tamhüquqlu üzv statusunu almış ilk və yeganə ölkə olması münasibətilə Şahmar Mövsümovu təbrik edib. İsveçrəli qonaq fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirib.

Görüşdə həmçinin dünya maliyyə bazarlarındakı mövcud vəziyyət, Azərbaycanda aparılan iqtisadi islahatlar, neft gəlirlərinin artmasının ölkəyə təsiri, qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar