Parlament ötənilki büdcənin icrasını müzakirə edəcək
“2009-cu ilin dövlət büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərə də yaxın günlərdə baxılması gözlənilir
Bu gün Milli Məclisin iqtisadi siyasət daimi komissiyasında 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat müzakirə olunacaq. Bu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərə də yaxın günlərdə baxılacağı gözlənilir.
Məlumatı Lent.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu verib. Onun sözlərinə görə, ötən ilin büdcəsinin icrası barədə hesabat ətraflı təhlil olunacaq. Sonda isə icra müddətindəki mənfi və müsbət cəhətlər bu ilin büdcəsində nəzərə alınacaq.
Akif Təvəkküloğlu “2009-cu ilin dövlət büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərə dair layihəsi millət vəkillərinə paylanmayacağı, düzəlişlərin yalnız şifahi məruzədən sonra qəbul ediləcəyi barədə məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə, indiyədək Milli Məclisin qəbul etdiyi qanunlarda və ya qanunlara əlavə və dəyişikliklərdə belə hallara rast gəlinməyib: “Ona görə də mən buna inanmıram. Bu layihənin üzərində mütəxəssislər, deputatlar işləyir, komissiyada işlənir. Ölkənin ən tanınmış mütəxəssisləri büdcəyə əlavə və dəyişikliklərə rəy bildirir. Bütün bunlar hamısı qanunvericiliyə uyğun olaraq, müəyyən prosedur qaydalardan keçir. İndi ortada hələ dəqiqləşdirilmiş layihə olmadan onun haqqında danışmağa dəyərmi?”
Yayılan məlumatlara görə, “2009-cu ilin dövlət büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərə dair layihəsi millət vəkillərinə paylanmayacaq. Buna səbəb isə büdcəyə əlavələrin çox kiçik olması göstərilir. Sadəcə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə qanuna edilən əlavə və dəyişiklikləri oxuduqdan sonra düzəlişlər qəbul olunacaq.
Akif Təvəkküloğlu isə deyir ki, qanun layihəsi olmadan büdcəyə əlavə və dəyişikliklərin bu şəkildə qəbul edilməsinə yol verilə bilməz. Onun sözlərinə görə, qanunun hətta bir maddəsi dəyişdirilsə belə, bu dəyişiklik mütləq deputatlara paylanmalı və Milli Məclisdə geniş müzakirə olunmalıdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədov isə büdcəyə əlavə və dəyişikliklərlə bağlı layihənin hələ onlara təqdim edilmədiyini deyib.
Elxan SALAHOV

1521