“Bakıelektrikşəbəkə” borcların 100 faiz ödənməsini istəyir
“Bakıelektrikşəbəkə” ASC-də may ayı ərzində bütün istehlakçı qruplarının istifadə etdiyi elektrik enerjisi haqqının 100 faiz ödənilməsinə nail olmaq istəyir. Bu məqsədlə təchizatçı şirkət tədbirlər planının icrasına başlayıb.
Lent.az-ın məlumatına görə, bu barədə “Bakıelektrikşəbəkə” ASC-də keçirilən mətbuat konfransında qurumun satış departamentinin sahə rəisi Vüqar Nəbibəyli bildirib. Onun sözlərinə görə, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, səhmdar cəmiyyətin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” istemlə həyata keçirilə bilər.
“Biz qarşımıza məqsəd qoymuşuq ki, nəyin bahasına olursa-olsun, abunəçilər borları və ödənişin səviyyəsi barədə lazımi məlumatlarla təmin olunsun. Çünki bu ay borcların ödənməsində operativliyə nail olmalıyıq və çalışırıq ki, bundan sonra hər bir abunəçi vaxt itirmədən borclarını ödəyə bilsin. Əks halda abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz dayandırılacaq”- deyə, Vüqar Nəbibəyli bildirib.
“Bakıelektrikşəbəkə”nin rəsmisi deyib ki, iki ay ərzində “Golden Pay” vasitəsilə onlayn ödəmə sistemi ilə 4430 manat enerji haqqı ödənilib. Hazırda Bakının Nərimanov rayonu ərazisində testdən keçirilən Əl Platformalarından ödəmə sistemi isə yay aylarında bütün abonentlərə tətbiq olunacaq. Bu isə enerji haqlarının ödənişi sahəsində ciddi irəliləyişlərə gətirib çıxaracaq. Vüqar Nəbibəyli deyib ki, hazırda səhmdar cəmiyyətin 420 ədəd Əl Platforması daimi fəaliyyət göstərir. Onun sözlərinə görə, əl platformalarından həm də POS-terminal kimi istifadə olunacaq və hər kəs plastik kartlar vasitəsilə bu platformalardan ödəniş etməklə borclarını ödəyə biləcək.
“Biz indi yeni layihə üzərində işləyirik. Həmin layihə tam reallaşdıqdan sonra biz öz nəzarətçilərimizin hansı binada, hansı abonentin borc məsələsini araşdırdığını izləyə biləcəyik. Əgər elektrik enerjisindən istifadə qaydalarının pozulması halları qeydə alınarsa, nəzarət orqanları dərhal yoxlamalar aparıb problemi qısa müddət ərzində həll etmək imkanına malik olacaq” - deyə, Vüqar Nəbibəyli bildirib.
Elxan SALAHOV

1238