MDB dəmiryolçuları Minskə toplaşacaq
Mayın 20-si və 21-də Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 50-ci toplantısı keçiriləcək. İclasda dəmir yolu sahəsində əməkdaşlığa dair 20-dən çox məsələ müzakirə olunacaq.
Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, iclasda bundan əvvəlki yığıncaqda qəbul edilmiş qərarlarının icra vəziyyəti, 2008-ci il və bu ilin 2009-cu ilin I rübündə dəmir yolları üzrə istismar işlərinin yekunları, 2009-cu il üçün yük vaqonlarının qabaqcadan siyahıya alınmasının yekunları haqqında fikir mübadiləsi aparılacaq. Həmçinin 2008-ci il və 2009-cu ilin I rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti diqqət mərkəzində olacaq.
Tədbirdə ölkəmiz ADDY-nin rəisi Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Elxan SALAHOV

1172